Bakı Ağır Cinayətlər Məhkəməsində özünü vəzifəli şəxs kimi təqdim edərək külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Fərid Kərimlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
“Trend” xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, əvvəllər də məhkum olunmuş Kərimli Fərid Fərəməz oğlu Aygün Mirzəyevaya qarşı 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.
F.Kərimliyə qarşı Cinayət Məcəlləsinin 29.178.3.2-ci (dələduzluğa cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
www.102info.az