“Orxanın dəfni sabah olacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
Onun sözlərinə görə, bu gün 14:00 radələrində təyyarə Bakıdan İrana uçacaq:
“Cənazə axşam Bakıya gətiriləcək. Dəfnin sabah olacağına özüm qərar vermişəm. Övladım mənimdir, özüm bu qərara gəlmişəm”.
R.Əsgərov Orxanın orada bir ildən çox xidmət etdiyini bildirib:
“Ailəlidir. İki övladı var. Qızının 16, oğlunun səkkiz yaşı var. Cənazənin dəqiq nə vaxt gətiriləcəyi bilinmir”.
Qeyd edək ki, Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
Nəzrin Vahid
www.102info.az