Sankt-Peterburqdakı diasporumuz terror aktını pisləyib

Siyasət

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.

“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib. 

Diplomatik nümayəndəliklərə hücumun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir