Çex Respublikasında prezident seçkilərinin ikinci, yekun turunda səsvermə başa çatıb.
Respublikada 15 minə yaxın seçki məntəqəsi öz işini yekunlaşdırıb. İlkin ehtimallara görə, seçici fəallığının 70%-i keçməsi proqnozlaşdırılır. Səsvermə zamanı hər hansı insident baş verməyib. Seçkilərin nəticələri bu gün gecə saatlarında elan olunacaq.
Yanvarın 13 və 14-də keçirilən birinci turun nəticələrinə görə, istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel və Çex Respublikasının keçmiş baş naziri Andrey Babiş seçkilərin ikinci turuna çıxıblar.
Seçicilərin 68,2%-nin iştirakı ilə birinci turda ən yaxşı nəticəni 35,4% səs toplayan Pavel əldə edib. Babiş səs verənlərin 34,99%-nin dəstəyini qazanıb.
Davam edən prezident seçkiləri Çexiya tarixində üçüncü birbaşa və ümumi dövlət başçısı seçkisidir. İlk dəfə bu formatda seçkilər 2013-cü ildə keçirilib. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.
Mənbə: TASS
www.102info.az