Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya ordusu ötən gün Ukraynanın cəbhədən kənar şəhərlərinə də raket zərbləri endirib.
“Xersona ard-arda edilən raket hücumları nəticəsində 6 mülki şəxsin həlak olduğu, xeyli yaşayış ərazisinin, eləcə də uşaq bağçası və xəstəxananın dağıldığı bildirilir”, – deyə jurnalist əlavə edib.
Qeyd edilib ki, Soledarın işğalından sonra Donetskdə vəziyyət gərginləşib. Ukraynanın əks-hücumunun ləngiməsinə səbəb kimi isə gözlənilən hərbi yardımın gec gəlib çatması göstərilir.
O da bildirilib ki, ABŞ-nin vəd edilən tankların verilməsini ləngitməsi Ukrayna əhalisində çaşqınlıq yaradıb.
www.102info.az