Elnur Məmmədov: “Azərbaycanlıların Ermənistandan qovulmasının bütün izləri sistemli şəkildə məhv edilib”

Müharibə

“Azərbaycanlıların Ermənistandan və Azərbaycanın bir zamanlar işğal olunmuş ərazilərindən qovulmasının bütün izləri sistemli şəkildə məhv edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

“Ermənistan vahid, monoetnik erməni dövləti yaratmaq məqsədilə Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsinə soxulmuş və işğal etmişdi. Bu halda azərbaycanlıların Ermənistandan və Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərindən qovulmasının bütün izləri sistemli şəkildə məhv edildi. Bunun isə bir səbəbi var: bu insanlar azərbaycanlılar idilər və bu tikililər, bu mədəniyyət obyektləri, bu torpaq azərbaycanlılara məxsus idi. Buna görə də onların Ermənistanın yanında mövcudluğu Ermənistan hökumət rəsmilərinin özlərinin təbirincə desək, “qeyri-mümkün, bir araya sığmayan, özü-özlüyündə faciə idi”, – o vurğulayıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb.

Bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır.

Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir. Prosesə hakim Coan Donohyu sədrlik edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir