Araqla virusa qarşı mübarizə aparanların cavabını həkim verdi – FOTO

Maraqlı

“Çoxları arağın tərkibində etil spirti olduğu üçün orqanizmi mikroblardan qoruya biləcəyinə inanır. Amma araq dezinfeksiyaedici vasitə sayıla bilməz”.

Bu barədə Rusiya Səhiyyə Departamentinin nümayəndəsi Valentin Skryabin məlumat verib.

Həkimin sözlərinə görə, etil spirtinin araqdakı konsentrasiyası təxminən 40% təşkil edir.

“Virus membranlarının məhv edilməsi üçün isə 60% spirt konsentrasiyası lazımdır. Başqa sözlə, nə araq, nə də digər spirtli içkilər dezinfeksiyaedici rol oynaya bilməz və bədəni qoruya bilməz”, – deyə narkoloq izah edib.

O, əlavə edib ki, spirtli içkilər, əksinə, insanın immunitetini azaldır və insan orqanizmi üçün zəhərdir.

“Hər hansı bir zəhərdə olduğu kimi, maddənin dozası nə qədər yüksək, təsiri də nə qədər uzun olarsa, bədənə o qədər çox zərər verər”, – deyə Skryabin sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir