Qızını öldürən ata ilə bağlı QƏRAR

Kriminal

Sumqayıt Apellyasiya Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il fevralın 15-də Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqili ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, qızını namus üstündə öldürüb. O bildirib ki, Zəminə Mehtiyeva öz həyat yoldaşı ilə birlikdə yaşamasa da, boşanmayıb. Salam Cəfərov söyləyib ki, qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olub, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə görüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir