Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.
Bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.
Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsinə böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.
www.RIA24.az