Sualtı ovdan sonra qayığa çıxmaq istəyən səkkiz yaşlı avstraliyalı uşaqla köpək balığının qarşılaması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Görüntülər Kvinslend ştatının Ledi Masqreyv adasında qeydə alınıb.
Kadrlar Manni adlı uşağın okeandan vurduğu balığı nümayişkaranə şəkildə qayığa atması ilə başlayır. Elə həmin an qəfildən bir köpək balığı peyda olur və uşağın sinəsinə çırpılır.
Məlumata görə, uşaq xəsarət almayıb.
“Bir az sinəm ağrıdı, ancaq bu qədər”, – deyə uşağın özü olanlar barədə danışıb.
Mannidən bu hadisədən sonra okean qorxusunun yaranıb yaranmadığı soruşulduqda isə o, dalmağa davam edəcəyini bildirib.
Mənbə: Lenta.ru
www.RIA24.az