Naxçıvanın sabiq prokuroru həbs edilib?

Cəmiyyət

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.

Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”.

Qeyd edək ki, yanvarın 31-də Prezident İlham Əliyev Səbuhi Zəhmət oğlu Şahverdiyevin Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir