Sakinlər: “Çadırlar çatışmır, əhali şəhəri tərk edir” – FOTO

Cəmiyyət

Xoy şəhərində ötən ay baş verən zəlzələlərdən sonra dağıntıdan əziyyət çəkən əhalinin vəziyyəti acınacaqlı olaraq qalır.

Bu barədə APA-ya İranda əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan Xoy şəhərinin sakinləri bildiriblər.

Yerli sakinlərin sözlərinə görə, dağıntıdan əziyyət çəkən əhalinin çoxu çadırlara sığınsa da, çadır çatışmazlığı yaşanır:

“Üstəlik, havaların soyuması, qarın yağması soydaşlarımızın vəziyyətini daha da acınacaqlı edib. Bu səbəbdən, minlərlə əhalinin bir hissəsi bayırda gecələyir, digər qismi isə ya maşınlarda qalmağa üstünlük verir, ya da Xoy şəhərini tərk etmək məcburiyyətində qalır. Bundan başqa, humanitar yardım və isti əşyaların verilməsində də çatışmazlıq hiss olunur. Yollar dağıldığı üçün göndərilən humanitar yardımlar isə Xoy şəhərinə gəlib çatmır”.

Xoy sakinləri deyirlər ki, hazırda kiçik yeraltı təkanlar davam edir, bu da əhalini qorxudur:

“Əhalinin əksər hissəsi humanitar çatışmazlıq və baş verən zəlzələlər üzündən psixoloji sarsıntı yaşayır”.

Qeyd edək ki, Azərbaycan tərəfi soydaşlarımızın yaşadığı Xoy şəhərinə humanitar yardım göndərmək istəsə də, İran tərəfi buna imkan vermir.

Xatırladaq ki, zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir