İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş zəlzələdən zərər çəkmiş rayonlarda və Xoy şəhərində olub.
Bu barədə sosial şəbəkələrin İran seqmentində foto paylaşılıb.
O, şəhəri görüb xarabalıqlarla üz-üzə qaldıqdan sonra deməyə söz tapa bilməyib.
“Əyalət rəhbərliyi vəziyyətin yaxşı olduğunu demişdi, biz də elə olduğunu düşünürdük!”, – deyə iranlı nazir bildirib.
Xatırladaq ki, sakinlərinin əksəriyyəti azərbaycanlılar olan Xoy şəhərində ötən ay baş verən zəlzələdən sonra insanlar köməksiz vəziyyətdə qalıblar. İran hökuməti onları yemək, su, çadırla təmin etmir.
www.102info.az