Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli öz Facebook hesabinda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin reisi Vusal Həsənov haqqinda tənqidi bir post paylaşıb.Həmın postu olduğu kimi suzə təqdim edirik.
Əziz cəlilabadlılar, şəkildə Azərbaycan bayrağını qoltuğunda dəftərçə kimi saxlayan bu süddən yanıq adamın adı Vüsaldır. Görünür adı kimi çox mətləblərdə vüsalına çatıb. Demək, bu arıq, yel əsəndə nazikliyindən az qala söyüd ağacının yarpağı kimi yellənən Vüsal Cəlilabad rayon səfərbərlik idarəsinin, əəm bildüz nəyidi?
Ay sağ olun, toçnı tapdız rəisidir.
Bə bu orda rəis olaraq nə iş görür? bilirəm, deyəcəksiz ki, bu orda rəislik edir, Əsgər yaşı çatan balalarımızı Vətəni qorumaq üçün çağırış vərəqəsi ilə hərbiyə yola salır.
Əcəb eləyir, bu məsələdə, çünki hər kəs vətəni qorumalıdır.
bə sonra nə iş görür?
Deyilənlərə görə hər çağırışda, insanların da xətrinə dəyməməyə çalışır, hörmət qazanır. Türkün məsəli, nə təhər qazanır, soruşuram. Cavab verirlər: məsələn kiminsə balasın 1-2-3 ay, və ya ümumiyyətlə orduya çağrışdan azad edir, hörmət edilir, hörmət qazanır.
Qazandığı, -əgər elə şey varsa, – onun burnundan gəlsin, cəlilabadlılar demiş, xeyrata xəydəsin. Yox, əgər yoxdursa, üzürlü bilsin, mən deyilənləri dedim.
Demək bu Vüsal rayon səfərbərlik idarəsinin rəisi olduğu üçün görəvində olan bir çox məslələri yaxşı bilməlidir, amma bilmir. Niyə bilmir, bunu deyə bilmərəm. Məsələn, o bilməlidir ki, müharibəyə yola saldığı, Azərbaycanımıza şərəf, qələbə gətirən əsgərlərimiz rayonunn hansı kəndindəndir və sair.
Dünən bu arıq, yell əsəndə arıqlığından söyüd ağacının quru yarpağı təki titrəyən və yellənən Vüsala zəng vururam, deyirəm ki, “Qanun” nəşriyyatı II Qarabağ savaşında şəhid olan əsgərlərimiz haqqında enisklopedik yaddaş kitabı hazırlayır. Bunun üçün rayonun 94 şəhidinin adı, soyad, doğulduğu, müharibəyə, yaxud hərbi xidmətə getdiyi vaxt, yer, döyüşdüyü cəbhə xətti, şəhid olduğu və dəfn olunduğu yeri, vaxtı verin, kömək edin.
Deyir: olmaz!!!
Deyirəm: niyə???
Deyir: Bu dövlət sirridir.
Deyirəm: yox, dövlət sirri deyil, dövlətə şərəf gətirən olaydır, siyahını ver, kömək et, bütün rayonlar təqdim edib, Cəlilabaddan başqa. Prezident şəhidlərimizin adını deyir, dəfn olunduqları yeri zayarət edir, onları medal və ordenlərlə təltif edir, burda qorxulu bir şey yoxdur, kitabda şəhidlərimizin adı şəkilsin.
Deyir: yox. İcra başçısı əvəzi Mənsur Mmmədova de. ona vermişəm, o da deyib heş kəsə heç nə vermə. Özümdə ağrıyıram, xəstəyəm.
Mənsur müəllimə zəng vururam, deyirəm, and aman eləyir ki, Vüsala demişəm, hələ bizə göndərməyib, deyirəm, hər kəndin icra nümayəndəliyi, bələdiyyəsinə tapşırıq verin, hazırlasın, deyir baxaram. Məlum olur ki, baxmayıb.
Əziz cəlilabadlılar, komissarınız xəstələnib, qarnı ağrıyır, ona bir paçka tetratsklin alın…