Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Donetskin Kramatorsk şəhəri artıq tez-tez “İsgəndər” raketlərinin atıldığı əraziyə çevrilib.
“Əvvəlki gecə müharibə müddətində ilk dəfə Kramatorskun mərkəzi “İsgəndər” raketi ilə vuruldu. Çəkiliş edib çıxarkən mənzil kirayələyib yaşadığım küçəyə də raket düşdü. Ölən və yaralananlar var”, – deyə jurnalist qeyd edib.
M.Aslanovun sözlərinə görə, Baxmutda artıq ikinci Mariupol dramı yaşanır:
“Orada salamat bina yoxdur. Onların atdığı kiçikçaplı mərmilər hər an küçələrdə insanların üzərinə düşə bilər. Şəhərdə qalanların əksəriyyəti yaşlılar və uşaqlardır. Gənc qadınlar oranı tərk ediblər”.
www.102info.az