“Azərişıq” ASC limiti keçənlərdən əlavə pul istəyir – İDDİA

Cəmiyyət

“Azərişıq” ASC tərəfindən vətəndaşlardan qanunsuz pul toplaması iddia edilib. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Sakinlər iddia ediblər ki, ASC abonentlərdən əlavə ödəniş tələb edir:

“Pulu ödəməyənlərin isə elektrik enerjisini kəsirlər. Dövriyyədə olan smart sayğaclar üç növ (8, 9 və 13 qəpik) limitdən yalnız ikisini (8 və 9 qəpik) hesablaya bilir. Bu sayğaclar ay ərzində 8 və 9 qəpiklik limit bitəndən sonra sərf olunan elektrik enerjisini hesablaya bilmir.

Buna görə də artıq “Azərişıq” ASC 13 qəpiklik limitə keçənlərdən əlavə pul toplamağa başlayıb. Niyə əvvəldən abonentlər bütün limiti hesablayan sayğaclarla təmin edilməyiblər? Ən azından əlavə pul yığılması barədə ASC tərəfindən abonentlərə xəbərdarlıq edilə bilərdi. İllər keçib indi bunu etmək qanunsuz addımdır”.

Bildirilib ki, qanunsuz pul toplama 2023-cü il yanvarın 28-dən başlanılıb. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mövqeyini öyrənmək istəsək də, sorğumuza cavab verilmədi. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir