İranda iki həftədən az müddətdə beş qadın “namus cinayəti”nin qurbanı olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı “Etemad Online” qəzetinin təhlilinə istinadla xəbər verib.
“Namus cinayətləri”nin qurbanları adətən qardaşları, ataları, ərləri və ya digər qohumları tərəfindən öldürülən qızlar, yaxud evli qadınlar olurlar.
Yayılan statistik məlumatlara əsasən, İranda namus üstündə qətllərin ən çox törədilən bölgələri Xuzistan, Kürdüstan, Kermanşah, İlam, Lorestan, Sistan və Bəlucistan, Fars, Şərqi Azərbaycan və Ərdəbil əyalətləridir.
www.102info.az