Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.

Ölkədə son sutka ərzində 1 485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir