Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi – FOTO

Maraqlı

Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir.

Bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib.

İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə qədər borc götürməli olurlar.

Ekspert bunun qarşısını almaq üçün xərc və gəlirlərin hesabatını aparmağa başlamağı və bunu bir neçə ay davam etməyi məsləhət görüb. Onun sözlərinə görə bu, nə qədər tez-tez lazımsız ödənişlər etdiyinizi və ən çox nəyə pul xərclədiyinizi izləməyə imkan verəcək.

Suşko insanların çox vaxt xərclərinin həddən artıq yüksək və ya səmərəsiz olduğunun fərqində olmadığını vurğulayıb.

İqtisadçı həm də baha olmasına baxmayaraq, ucuz olanlardan keyfiyyətcə nadir hallarda fərqlənən premium brendləri almağın nə dərəcədə əsaslı olduğunu qiymətləndirməyi də məsləhət görüb.

“Bəzən 30 rublluq su ilə 300 rubl (0,7 və 7,2 manat) dəyərində su arasında fərq olmur. Ən sadə məsləhət praktik olmaq və bahalı brendlərə alışmamaqdır. Bu bayağı səslənə bilər, lakin biz hamımız öz vərdişlərimizin qurbanıyıq”, – deyə ekspert bildirib.

Suşko vurğulayıb ki, insan öz vərdişlərinin girovuna çevrilməməli və israrla istədiyini almağa çalışmalıdır, çünki maliyyə savadlılığı baxımından belə yanaşma ağlabatan deyil.

Mənbə: Praym

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir