Ceni Bojak: “Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir”

Cəmiyyət

“Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Ceni Bojak söyləyib.

Doğum gününü Azərbaycanda qeyd etməsinin onun üçün böyük sevinc olduğunu bildirən C.Bojak bildirib:

“Əminəm ki, bu ərazilər qışda olduğu kimi, yayda da gözəl olur. Laçında bərpa işlərinin aparıldığını görürük. İnanıram ki, gələcəkdə bura daha gözəl olacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir