Böyük Britaniyadan olan səyahətçi: “Xudafərin körpüsü təsirli tarixə malik abidədir”

Cəmiyyət

“Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən Xudafərin körpüsü təsirli tarixə malik abidədir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə britaniyalı səyyah Des Uayt (Des White) bildirib.

O, Albaniyada oxşar tarixi abidə ilə rastlaşdığını deyib.

“Qarabağa səfər çox xoşumuza gəldi. Xüsusilə də buranın dağları çox gözəldir”, – deyə səyahətçi heyranlığını ifadə edib.

D.Uayt Qarabağda bərpa işlərinin necə aparıldığını görməkdən məmnun olduğunu vurğulayıb:

“Hər şeyin necə dəyişdiyini görmək üçün 1-2 ildən sonra bura qayıtmağı düşünürük”.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildirlər. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir