“Qarabağa, o cümlədən Ağdama səfərimiz çox gözəl təşkil olunub. Buradakı dağıntılar və aparılan yenidənqurma işləri barədə ətraflı məlumatlar topladıq. Ümumiyyətlə, azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin nəticələrini müşahidə etmək çox ümidvericidir”.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində beynəlxalq səyahətçilər qrupunun tərkibində Ağdama səfər edən londonlu səyyah Saşa Hini bildirib.
“Mən müharibədən və silahlı münaqişələrdən zərər çəkən ölkələrin bir neçəsində olmuşam, o cümlədən İraq, Suriya və s. Təəssüf ki, Azərbaycan da həmin ölkələr kimi müharibədən, işğaldan çox zərər çəkib. Ancaq ölkənizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərinin sürətli gedişatı bizi sevindirir”, – deyə o vurğulayıb.
www.102info.az