General: “Azərbaycandan getmiş 420 nəfərlik xilasedici heyət sonacan Türkiyədə fəaliyyət göstərəcək”

Cəmiyyət

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinun Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib.

“İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşürük. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xilasetmə işlərinin son dəqiqəsinə qədər qardaş Türkiyənin yanında olcaqlar. FHN əməkdaşları zəlzələnin fəsadları tam aradan qaldırılanacan Türkiyədə fəaliyyət göstərəcəklər”, – deyə general-mayor vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir