ABŞ-nin Cənubi Karolina ştatı sahillərində Çinə məxsus casus şarının qalıqları tapılıb.
Atlantik okeanı sahillərində yerləşən bölgənin polisi yerli sakinlərə qalıqlara toxunmamaq, yerindən tərpətməmək və ya təmizləməmək barədə göstəriş verib.
“Bu şarın hissələri ABŞ ordusu tərəfindən yığılır. Oxşar əşya tapsanız, yerli hüquq-mühafizə orqanlarına müraciət edin”, – deyə polisin açıqlamasında bildirilib.
Onlar xəbərdarlıq ediblər ki, bu cür əşyalar “federal araşdırmanın bir hissəsidir”.
Qalıqların tapılması ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumata görə, Çin hava şarının qalıqları FTB tərəfindən təhqiqata göndəriləcək.
Xatırladaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub.
Mənbə: gazeta.ru
www.102info.az