Almaniyada ekofəallar özlərini asfalta yapışdırdılar

Dünya

“Letzte Generation” (“Son Nəsil”) hərəkatının ekoloji fəalları Almaniyanın bir neçə şəhərində küçələri bağlayıblar.

Etirazçılar Berlin, Münhen, Köln, Düsseldorf, Maqdeburq, Passau və Hannover küçələrində özlərini asfalta yapışdırıblar.

Onların bir çoxu hökumətdən yollarda sürət həddinin qoyulmasını tələb edən plakatlar tutublar.

Hərəkatın mətbuat katibi Eme van Baalen bildirib ki, fəallar bütün Almaniyanı iflic etməyi planlaşdırırlar. O, xəbərdarlıq edib ki, 2023-cü ildə müqavimət “həmişəkindən daha böyük olacaq”.

“Fevralın 6-dan biz bütün ölkədə dinc etiraz aksiyaları keçirəcəyik”, – o bəyan edib.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir