Kuril adaları ərazisində 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə fevralın 7-də Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Qurumun məlumatına görə, seysmik hadisə Saxalin vaxtı ilə saat 17:45-də Şimali Kurilskdən 189 km aralıda qeydə alınıb. Zəlzələnin episentri 42 km dərinlikdə yerləşib.
Mənbə: MK.ru
www.102info.az