Hataydan təsirli görüntülər: İki aylıq körpə 29 saat sonra dağıntılar altından sağ çıxarılır – VİDEO

Dünya

Türkiyənin Hatay şəhərində iki aylıq körpə 29 saat sonra dağıntılar altından çıxarılıb.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Nəvəsinin uçmuş binanın dağıntıları altından sağ-salamat çıxarılmasına sevinən baba və onun həyatını qurtaran xilasedici göz yaşlarına hakim ola bilməyiblər.

Xilasedicilər Mehmet Çinar adlı körpəni üşüməməsi üçün adyala büküblər və ona ilk yardım göstərilib.

 

www.102info.az