BMT Azərbaycana minatəmizləmə əməliyyatları ilə bağlı beynəlxalq ekspertlər göndərib

Cəmiyyət

“Minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib”, – o qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir