“Luqansk vilayətinin Kremenskaya istiqamətində hazırda maksimum eskalasiya müşahidə olunur. Rusiya ordusu müdafiə qüvvələrini yarmağa çalışır”.
Bu barədə Ukraynanın Luqansk Vilayət Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Əgər Svatovskdan Kremenskaya və Beloqorovka istiqamətlərini götürsək, Kremenskaya istiqamətində indi maksimum gərginlik var. Maksimum sayda atəş açılır və müdafiə qüvvələrini yarıb keçmək cəhdləri var. Demək olar ki, hər gün kiçik qruplarla, lakin davamlı şəkildə hücumlar olur. Bəzən ağır texnikadan – zirehli transportyorlardan, tanklardan istifadə olunur”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, rusiyalılar, həmçinin Beloqorovkanı da mütəmadi olaraq atəşə tutur və uğursuz hücum cəhdləri edirlər.
Mənbə: Strana.today
www.102info.az