Azərbaycan xalqının Türkiyəyə yardım kampaniyası çərçivəsində toplanan qida və qeyri-qida məhsulları ilə dolu 21 TIR yola salınıb.
Bu barədə Oxu.Az-a Türkiyəli İş Adamları Birliyinin nümayəndəsi Camal Demir deyib.
O bildirib ki, hazırda 4 TIR-a yüklənmə edilir:
“Bu yardım kampaniyası yaxın 1 ay ərzində davam edəcək. Bizi çox kövrəldən məqamlar var. Bu gün bir yaşlı vətəndaş qızının cehizini kampaniya çərçivəsində bizə bağışladı. Bu duyğuları ifadə etmək çətindir. Dəstək olan rəsmi qurumlara, vətəndaşlara hər kəsə təşəkkür edirəm”
Könül Cəfərli
www.102info.az