Ölkədə su probleminin həlli ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət Gündəm

“Azərbaycan Meliorasiya və Su Təsərrrüfatı” ASC yenicə hazırladığı iki dövlət proqramının qısa mahiyyətini açıqlayıb. 
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. 
“Bu proqramların məqsədi qısa zaman ərzində nəticə əldə etmək, su itkisinin qarşısını almaqdır. Sənədlər çərçivəsində SSRİ dövründən qalma köhnə boruların yenilənməsi, torpaq kanalının beton üzlüyə alınması, kiçik tutumlu su anbarlarının yaradılması nəzərdə tutulur. Bunlar təklif formasında hökumətə təqdim edilib. 
Kənd təsərrüfatı məhsullarının istehsalının 90%-i suvarılan torpaqların hesabına başa gəlir. Son zamanlar dünyada baş verən qlobal istiləşmə, quraqlıq Azərbaycana da siraət edir. Ölkənin su anbarlarında suyun azalması müşahidə edilir. Odur ki, təcili addımlar atılmalıdır”, – deyə o, qeyd edib. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir