Prezident İlham Əliyev Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir və onun aylıq məbləği 210 manat müəyyən olunur.