BMT-nin azərbaycanlı rəsmisi: “Taliban”ın əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər qəbulolunmazdır”

Siyasət

“Təəssüf ki, Əfqanıstanda məktəblər bir ildir bağlıdır. Qızların təhsilə cəlb olunması ilə bağlı heç bir yenilik yoxdur”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov Kabildən canlı bağlantı ilə beynəlxalq təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.Ələkbərov əlavə edib ki, “Taliban” hakimiyyətinin əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər, qadınların əmək və təhsil hüquqlarının əllərindən alınması qəbuledilməzdir və qadağaların aradan qaldırılması üçün BMT rəsmilərinin səyləri davam edir:

“Biz mütəmadi olaraq “Taliban” rəsmiləri ilə əlaqədəyik. Ən böyük məqsədimiz mümkün olan ən qısa zamanda qızların təhsilə cəlb olunmasını bərpa etmək və qadağaları aradan qaldırmaqdır. BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits ötən ay Əfqanıstana ziyarəti zamanı “Taliban” liderləri ilə görüşlərində qadınların fəaliyyətinin bərpa olunmasını tələb etdi. Bütün səylərimizə baxmayaraq, hələ ki bir nəticə əldə edə bilməmişik. BMT-nin əsas vəzifəsi insan hüquqlarının bərpasını təmin etməkdir. Əfqan qadınlar və qızların hüquqlarının bərpası, qadağaların aradan qaldırılması istiqamətində bütün səylərimiz davam edəcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir