Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri Kostas Karamanlis çərşənbə günü Larissa şəhəri yaxınlığında azı 40 nəfərin ölümü ilə nəticələnən sərnişin qatarının qəzaya uğramasından sonra istefa verdiyini açıqlayıb.
“İnfrastruktur və nəqliyyat naziri vəzifəsindən istefa verirəm. Bunu ədalətsiz şəkildə həyatdan köçən insanların xatirəsinə hörmətin minimal əlaməti kimi etməyi, Yunanıstan dövlətinin və hakim siyasi partiyasının səhvlərinə görə məsuliyyəti üzərimə götürməyi özümə borc bilirəm”, – deyə nazir bildirib.
Mənbə: TASS
www.102info.az