Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir

Dünya

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

“Report”un Ankara bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti bu gün Türkiyənin paytaxtında yerləşən Heydər Əliyev parkındakı ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edib. Mərasimdə Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və səfirliyin digər nümayəndələri də iştirak ediblər. Ulu öndərin ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad olunub.

Nümayəndə heyəti bu gün Türkiyənin Vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar, müzakirələr nəzərdə tutulub. Bundan başqa, nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir