Əmək bazarında üstünlük təşkil edən ixtisas qrupları – Nazir açıqladı + FOTO

Cəmiyyət

“Texniki və texnoloji, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faizdir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşıb.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış təhlillərlə bu nəticəyə gəlinib:

“Araşdırmalar göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur.

2022-ci ilin son rübünə olan məlumatlara əsasən, bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faiz təşkil edir”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir