“Bizi atan qadına ana demirəm. Çox istəmirəm onu”.
Bu sözləri anası tərəfindən tərk edilən, atası isə bir neçə ay öncə əməliyyat olunduğu üçün işləyə bilməyən azyaşlı Günay Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib.
O qeyd edib ki, atasının sağalmasını istəyir:
“Atam bu halıyla belə bizə həm atalıq, həm də analıq edir. Bizim hər işimizi görür. Bizim atamızdan başqa heç kimimiz yoxdur”.
Baku TV-nin yardıma ehtiyacı olan ailənin yaşadığı evdən hazırladığı süjeti təqdim edirik:
www.102info.az