KİV: Kadırovun səhhətində ciddi problemlər yaranıb

Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Məlumata görə, son bir neçə ayda o olduqca kökəlmiş, şişkin görünür və videolarda çox vaxt gözlərini aça bilmir.

Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Bunu İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayev iddia edir.

Onun sözlərinə görə, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burcil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gəlib.

Deyilənlərə görə, məhz bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.

Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməsilə bağlıdır. Bildirilir ki, Çeçenistan rəhbəri artıq bu və digər həblərə aludə olub.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir