Cümə günü axşam saatlarında Cakartada “Petramina” şirkətinə məxsus yanacaq anbarında güclü yanğın baş verib.
Bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.
Məlumata görə, insident nəticəsində azı 14 nəfər ölüb.
Hadisə şahidlərinin sosial mediada yerləşdirdiyi görüntülərdə anbarın yaxınlığında yaşayan onlarla insanın hündürlüyə yüksələn alovlar altında hadisə yerindən qaçdığı görünür.
Bildirilir ki, yanğın yaşayış binalarına da keçib.
Mənbə: TASS
www.102info.az