Tovuzda ikimərtəbəli evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 kvadratmetr sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az