Bakıda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Cəmiyyət

Bakının Nizami rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, zəncirvari qəza VAZ-2107, iki “Toyota Prius”, “Mercedes” və “Lexus” markalı avtomobillərin iştirakı ilə baş verib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Bir nəfər yüngül xəsarət alıb.

Avtomobillər ərazidən kənarlaşdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az