Böyük Britaniya kralı III Çarlz taxt-taca əyləşdikdən sonra ilk rəsmi səfərini martın 26-da Fransaya edəcək.
Bu barədə cümə günü Yelisey sarayına istinadən məlumat yayılıb.
Məlumata görə, III Çarlzın ilk dövlət səfəri dörd gün müddətində olacaq və martın 29-da başa çatacaq.
Səfər “Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Bildirilir ki, o, bir sıra mübahisələrdən sonra Fransa – Britaniya münasibətlərindəki mehribanlığı bərpa etmək niyyətindədir.
Fransa mənbələrinə görə, kraldan öncə martın 10-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak Parisə gələcək.
Mənbə: TASS
www.102info.az