Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
www.RIA24.az