Anadolu magistralının Kocaeli hissəsində 23 avtomobilin iştirakı ilə 7 ayrı yol-nəqliyyat hadisəsi baş verib.
Qəzalar səbəbiylə İstanbul istiqamətinə nəqliyyatın hərəkəti dayandırılıb.
Məlumata görə, yol-nəqliyyat hadisələri nəticəsində 11 nəfər yaralanıb.
Bildirilir ki, zəncirvari qəzalar 2 sərnişin avtobusu, 13 minik avtomobili, tur avtobusu, yük maşınları, pikap və 2 yüngül ticari avtomobilin iştirakı ilə baş verib.
Əraziyə çox sayda tibbi, xilasetmə və polis qrupları sövq edilib. Yaralıların həyati təhlükəsinin olmadığı vurğulanıb.
Mənbə: Haber Global
www.102info.az