Avstraliyanın Dəniz və Antarktika Tədqiqatları İnstitutunun alimləri dəniz quşlarında plastinoz adlı yeni xəstəlik aşkar ediblər.
Xəstəliyə mikroplastiklər səbəb olur. Onlar bədənə daxil olduqda, həzm sisteminin iltihabını yaradır.
Xəstəlik vaxtında müalicə edilmədikdə, daimi iltihab toxuma deformasiyasına səbəb olur. Bu da öz növbəsində dəniz quşları arasında sağ qalmaq imkanını azaldır. Halbuki, zahirən, həmin heyvanlar sağlam görünür.
Alimlərin dediyinə görə, bu günə qədər bu xəstəliyə yalnız Avstraliya sahillərindən 600 kilometr aralıda yerləşən Lord Hou adasında yaşayan ətayaqlı quşlarda rast gəlinib. Bununla belə, dünya okeanlarında plastik çirklənmənin miqdarını nəzərə alsaq, digər növlərin də xəstəlikdən əziyyət çəkdiyini güman etmək olar.
Mənbə: gazeta.ru
www.102info.az