Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda dənizin səviyyəsi qalxıb.
Nəticədə bəzi küçə və yollar su altında qalıb.
Bu barədə Meteorologiya Baş İdarəsinin “Twitter” hesabında məlumat verilib.
Məlumata görə, gecə saatlarında bölgədə fırtına başlayıb və bu səbəbdən dənizdə suyun səviyyəsi yüksəlib.
Bir neçə yüz metr məsafədə daşqın baş verib. Atatürk abidəsinin ərazisi və Atatürk küçəsi su altında qalıb, yaxınlıqdakı küçələrdə də problemlər meydana gəlib.
Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə İskenderunun bəzi bölgələrində çat və çuxurların yarandığı küçələr polis qrupları tərəfindən təhlükəsizlik lenti ilə bağlanıb.
Həmçinin dənizin yüksəlməyə başladığı saatlarda İskenderun körfəzi sahillərində saat 23:49-da baş verən 4,5 bal gücündə zəlzələ də təşvişə səbəb olub.
Mənbə: Haber Global
www.102info.az