Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb – FOTO

Cəmiyyət

Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb. 

Film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin Şmuel Siman-Tovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorlar Mahir Atakişiyev, Roman İsakov, içracı prodüser Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən  5-ci filmidir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir