FHN: Ötən sutka ərzində 55 yanğına çıxış olub

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 55 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində VAZ-2107 markalı minik avtomobil ilə “Mercedes-Benz” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir