“Ağdam şəhərində yolların və kommunikasiya şəbəkəsinin tikintisi Azərbaycanda ilk dəfə olaraq vahid konsepsiya əsasında həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Artıq layihələndirmə yekunlaşıb, ekspertiza da yekunlaşmaq üzrədir. Biz gözləyirik ki, bu ay tender prosedurlarını həyata keçirməyə başlayacağıq. Eyni qayda ilə Füzuli şəhərində və digər yaşayış məntəqələrində də yol və kommunikasiya layihələri icra olunacaq”, – deyə o qeyd edib.
www.102info.az