Türkiyənin Şanlıurfa şəhərində baş verən zəlzələdə ciddi ziyan dəydiyi üçün möhürlənən, dünən isə çökən binada axtarış-xilasetmə işləri 9 saat sonra başa çatıb.
7 mərtəbəli binanın dağıntıları altında heç bir canlı tapılmayıb.
Bina çökən zaman qarşısından keçən 1 nəfər binanın dağıntılarının üstünə düşməsi nəticəsində xəsarət alıb.
Dağıntılar arasında sağ qalanların ola biləcəyi ehtimalı ilə qruplar axtarış-xilasetmə işlərinə başlayıblar.
Mənbə: DHA
www.102info.az